Qara qarağat fosfora yüksək tələbkardır. Firəng üzümü, qırmızı qarağat və ağ qarağat bitkiləri kaliuma daha tələbkardır.
Maqnezium. Maqnezium çatışmazlığı zamanı yayın ortalarında yaşlı yarpaqların damararası hissələrində əvvəlcə açıq yaşıl və sarımtıl, sonra isə qonur rəngli ləkələr əmələ gəlir. Yarpaqların kənarları alt tərəfə doğru əyilir (Şəkil 1.55). Yarpaqlar qırış-qırış olur və kolun aşağı hissəsindən başlayaraq tökülür.
Kalsium. Bu elementin çatışmazlığından əsasən köklər əziyyət çəkir. Bu zaman kökcüklərin uc hissəsi məhv olur. Yerüstü hissədə kalsium çatışmazlığı ilə bağlı heç bir əlamət müşahidə olunmur.
Manqan. Qara qarağat, qırmızı qarağat və firəng üzümü manqan çatışmazlığına daha davamlıdır.
Dəmir. Bu elementin çatışmazlığı zamanı digər bitkilərdə olduğu kimi xloroz baş verir. Zoğların uc hissəsi və orada yerləşən yarpaqlar saralaraq vegetasiya dövründə tökülməyə başlayır.