Maqnezium çatışmazlığının əsas səbəbi torpağa kalium gübrəsinin normadan artıq verilməsidir.
Həmçinin turş və əhəngli torpaqlarda da maqnezium çatışmazlığı baş verir.
Dəmir. Cavan yarpaqlarda saralma dəmir çatışmazlığından xəbər verir. Dəmir çatışmazlığı artdıqca yarpaqlar daha açıq rəngli olur (Şəkil 1.52). Güclü dəmir çatışmazlığı zamanı yarpaqlarda xloroz baş verir və onlar tökülür.
Relyef. İqlim amillərinin moruq və böyürtkən bitkilərinin böyümə və inkişafına təsiri ərazinin mikro və makro relyefindən də əhəmiyyətli dərəcədə asılıdır. Açıq və dik yamaclarda külək qarı sovurduğundan, hətta torpağın dərin qatlarında don olduğundan moruq və böyürtkənin köklərini və kök pöhrələrini şaxta vurur. Eyni zamanda belə ərazilərdə həm qış, həm də yay dövründə bitki rütubət çatışmazlığından əziyyət çəkir. Şimal cəhətində qalın qar örtüyü bitkini şaxtanın zərərli təsirindən qoruyur. Cənub yamaclarda isə qışda kəskin dəyişən isti və soyuq hava şəraitində qar tez əriyir və dəyişən temperatur şəraiti bitkiyə mənfi təsir göstərir. Bu səbəbdən də plantasiyalar üçün sahə seçilərkən ərazinin relyefi mütləq nəzərə alınmalıdır.