Bor. Bor çatışmazlığı zamanı ilk növbədə yarpaqlar deformasiyaya uğrayır (qırış-qırış və yanmış olur), sonra isə tamamilə məhv olur (Şəkil 1.42 (a)). Yarpaq ayası quruluşunu və damarlar ətrafında rəngini dəyişir. Aya büzməli olur. Çiçəyin ölçüləri dəyişir (Şəkil 1.42 (b)). Bor çatışmazlığı zamanı meyvənin özü də deformasiyaya uğrayır (Şəkil 1.42 (c)). Lakin qeyd edək ki, remontant sortlarda şaxtadan zərər çəkmiş bitkilərdə də meyvələr görkəmini dəyişir. Lakin meyvələrdə deformasiya iyul ayında müşahidə olunarsa bu bor çatışmazlığının əlamətidir.
Sink. Elementin çatışmazlığı zamanı yarpağın kənarlarının rəngi dişciklər boyu solğunlaşır, yarpaq damaları yaşıl rəngdə qalır, damararası hissələr isə xloroza tutulur. Yarpaqlar ayanın kənarlarından qurumağa başlayır (Şəkil 1.43).