Çiçəkləri yuxarı (üst) yumurtalıqlıdır. Erkək çiçəklərinin diametri 10 mm-ə qədər, dişi və ikicinsiyyətli çiçəklərinin diametri isə 15 mm-ə qədər olur. Çiçəkləri tək-tək yerləşir.
Meyvənin tipi və quruluşu. Meyvələri oval formalı və nazik qabıqlı olub üzəri xırda qəhvəyi rəngli tükcüklərlə sıx örtülüdür. Meyvə ləti parlaq yaşıl rəngli, ətirli, şirəli və xoş tamlıdır (Şəkil 1.34).
Toxum. Bir meyvədə toxumun sayı 90 ədədə qədər olur. Toxumları çox xırda olmaqla qəhvəyi və yaxud sarımtıl rənglidir. 1000 toxumun kütləsi 0,82...1 q-dır (Şəkil 1.35).