1.1.5. Kivi
Tumurcuqların tipləri. Kivi bitkisinin tumurcuqları vegetativ və generativ olmaqla iki yerə ayrılır (Şəkil 1.32).
Çiçək. Kivi bitkisinin çiçəkləri ağ rəngli olub ləçəkləri arxa tərəfdən bir qədər çəhrayı rəngə çalır. Gözəl ətirə malikdir. Bitki ikievli olub, çiçəkləri bircinsiyyətlidir (Şəkil 1.33). Ona görə də plantasiya salınarkən hər 5-6 cərgə dişi çiçəkli bitkiyə bir cərgə erkək çiçəkli bitki əkilməlidir. Çiçəkləri ikicinsiyyətli də ola bilər. Çiçək yanlığı ikiqatdır. Kasa yarpaqlarının və ləçəklərinin sayı 5-dir.