Qızılı qarağatın çiçək topasında 5...15 ədəd çiçək olub o, dikinə böyüyür.
Qırmızı qarağatın çiçək topasında 10...25 ədəd çiçək olmaqla sallaq salxımdır.
Meyvənin tipi və quruluşu. Qeyd olunduğu kimi qarağat meyvələri salxımda yerləşir (Şəkil 1.23, Şəkil 1.24, Şəkil 1.25). Gilələr əsasən yumru, sortlardan asılı olaraq bəzən uzunsov-oval formalı olur. Qarağat meyələri sortlardan asılı olaraq qara, qırmızı, qızılı, ağımtıl, tünd bənövşəyi rəngli olur.
Toxum. Qarağat toxumları sərt qabığa malik olur. Bir qədər iridir. Qabığı qonur rənglidir (Şəkil 1.26).