Moruq və böyürtkən bitkiləri birevli olub çiçəkləri ikicinsiyyətli və özübarlıdır.
Çiçəyin ümumi quruluşu Şəkil 1.14-də verilir.
Çiçək topası. Moruq bitkisində çiçək topası salxımdır (Şəkil 1.15). Salxım çiçək topası dedikdə eyni uzunluqda olmaqla hər saplağın ucunda yerləşən çiçəklərin bir ox üzərində aşağıdan yuxarıya yerləşməsi nəzərdə tutulur. Böyürtkən bitkisində çiçək topası mürəkkəb salxımdır (Şəkil 1.16). Əsas oxun böyürlərində əmələ gəlmiş oxun üzərində çiçək lər bir neçə sırada düzülərsə belə salxıma mürəkkəb salxım çiçək topası deyilir.
Meyvənin tipi və quruluşu. Moruq və böyürtkən bitkilərinin meyvələri giləmeyvə qrupuna aiddir. Meyvənin quruluşuna görə yığım meyvə tipinə aiddirlər.
Meyvənin quruluşu moruq bitkisinin timsalında Şəkil 1.17-də verilir.