1.1.2. Moruq və böyürtkən
Moruq və böyürtkən bitkilərin yerüstü hissə ikiillik olub 1,5...2,5 m hündürlüyündədir. Bitkilərin yerüstü və yeraltı sisteminin hissələri Şəkil 1.13-də geniş verilmişdir.
Tumurcuqların tipləri. Tumurcuqlar birillik zoğların yarpaq qoltuğunda əmələ gəlir. Əksər sortlarda bir yarpaq qoltuğunda 2...3 ədəd tumurcuq əmələ gəlir. Yuxarıda yerləşən tumurcuqlar bir qayda olaraq yaxşı inkişaf edir və növbəti ildə onlardan məhsul zoğları əmələ gəlir.
1 – kök pöhrəsi; 2 – əlavə köklər; 3 – kökümsov gövdə və kök üzərində olan tumurcuqlar; 4 - əvəzedici zoğ; 5 – məhsul verən zoğ; 6 – kökümsov gövdə; 7 – boy kökləri; 8 – yan zoğlar; 9 – qönçə; 10 – çiçək; 11 – buğum; 12 – buğumarası; 13 – yarpaq; 14 - əsas tumurcuq; 15 - əlavə tumurcuq; 16 – oduncaq özəyi; 17 – oduncaq; 18 – oduncaq qabığı; 19 – tikanlar; 20 – tumurcuq pulcuğu; 21 – yapaq başlanğıcı; 22 – çiçək başlanğıcı; 23 – qoltuq tumurcuqları.
Aşağıda yerləşən tumurcuqlardan isə yarpaqlar əmələ gəlir. Bəzi sortlarda tumurcuqlar əmələ gəldiyi ildə yay-payız dövründə açılaraq çiçək və meyvə verir. Bu xüsusiyyətə remontantlıq deyilir. Remontantlıq dedikdə bir bitki üzərində eyni vaxtda həm çiçək, həm meyvəcik, həm də yetişmiş meyvələrin olması nəzərdə tutulur. Yəni bu bitkilər bir vegetasiya dövründə bir neçə dəfə məhsul verir. Gövdə üzərində tumurcuqların sıxlığı aşağıdan yuxarıya doğru artır. Gövdənin əsasına yaxın hissədə yerləşən tumurcuqlar bəzən oyanmır.
Meyvəvermə xarakteri. Moruq və böyürtkən bitkiləri zoğ üzərində məhsul verir.
Əgər yuxarı yerləşən tumurcuqlar müəyyən səbəblərdən məhv olarsa onda aşağıda yerləşən tumurcuqlardan məhsul zoğları yaranır. Lakin bu zoğlar az məhsul verir.
Daha məhsuldar zoğlar gövdənin orta və yuxarı hissəsində yerləşir. Onlar üzərində məhsulun 86 %-i formalaşır.
Çiçək. Çiçəkləri ağ və ya çəhrayı rəngli olub, 5 çiçək ləçəyi və 5 kasa yarpağı var. Çoxlu dişicik yumurtalığı, çiçək yatağı üzərində ayrıca yerləşir və sərbəst gilə yaradır.