Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Yığımdan sonra moruq və böyürtkən məhsulu 3-4 gün müddətində soyuducularda saxlana bilər.
Sual 2. Firəng üzümündə texniki yetişkənlik fizioloji yetişkənlikdən 2-3 ay qabaq baş verir.
Sual 3. Kivi meyvələri fizioloji yetişkənlik dövründə - oktyabrda əllə yığılır.
Sual 4. Çiyələk bitkisində sortdan asılı olaraq məhsul yığımı çiçəkləmədən 25-30 gün sonra başlayır.
Sual 5. Emal üçün giləmeyvələr texniki yetişkənlik dövründə saplaqlı yığılır.
Düzgün |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Məhsul yığıldıqdan sonra 20-40 dəqiqə ərzində onun daxili temperaturu ...................... °C-yə endirilməlidir.
Sual 7. Kivinin yığılmış meyvələr dərhal .............. °C temperatura qədər soyudulur və ............... °C temperaturu olan soyuducularda …………… % nisbi rütubətlikdə və 3 % CO2, 3 % O2, 0,05 mln–1-dən çox olmayan etilen mühiti şəraitində saxlanır.
Sual 8. Son illərdə moruq və böyürtkən gilələrinin yığılmasında …………………... istifadə olunur.
Sual 9. Qarağat meyvələri təzə halda istifadə üçün tam ...................................... çatdıqda yığılır.
Sual 10. Daşınma zamanı temperatur …………….. °C, saxlanma temperaturu isə …………… °C-dir.