Kivi. Kivi meyvələri fizioloji yetişkənlik dövründə - oktyabrda əllə yığılır (Şəkil 7.8). Meyvələr çeşidlənərək satış, yaxud saxlanılma üçün göndərilir.
7.2. Məhsulun saxlanılması
Əmtəəlik məqsədilə yığılmış məhsul giləmeyvələrin xüsusiyyətinə uyğun olaraq müəyyən müddət ərzində soyuducularda saxlanıla bilər (Şəkil 7.9).