Son vaxtlar qarağat yığımında qarağatyığan maşınlardan istifadə edilir. Maşınla yığım əsasən emal üçün planlaşdırılmış sahələrdə tətbiq edilir. Bu zaman məhsul adətən saplaqsız yığılır (Şəkil 7.5).
Firəng üzümü meyvələri texniki və fizioloji yetişkənlik dövründə yığıla bilər. Texniki yetişkənlik fizioloji yetişkənlikdən 10-15 gün qabaq baş verir. Texniki yetişkənlik dövründə olan meyvələr həm təzə halda yeyilir və həm də onlardan keyfiyyətli mürəbbə hazırlanır (Şəkil 7.6). Tam yetişmiş meyvələrdən yüksək keyfiyətli şirə hazırlanır. Meyvələrin əl ilə yığımı zamanı tikanlardan mühafizə üçün əlcəkdən istifadə edilir.
Son vaxtlar qarağat və firəng üzümü yığımında kombaynlardan istifadə edüir. Maşınla yığım əsasən emal üçün planlaşdırılmış sahələrdə tətbiq edilir. Bu məqsədlə müxtəlif markalı qarağat və firəng üzümü yığan maşınlardan istifadə edilir (Şəkil 7.7).