Moruq və böyürtkən. Moruq və böyütkən bitkilərinin giləmeyvələri təzə halda istifadə üçün istehlak yetişkənliyi mərhələsində saplaqla birlikdə, yaxud da saplaqsız yığılır. Yığım seçmə üsulu ilə aparılır. Başqa yerə göndərmək üçün isə meyvələr tam yetişməmiş, qızarmağa başlayan vaxtı yığılır. Emal üçün giləmeyvələr tam yetişdikdən sonra saplaqsız yığılır. Yığılmış meyvələr, həcmi 2 kq olan səbətlərə (Şəkil 7.2) qabqarılır və dərhal realizə olunur.
Son illərdə moruq və böyürtkən gilələrinin yığılmasında kombaynlardan istifadə olunur (Şəkil 7.3).
Qarağat və firəng üzümü. Qarağat meyvələri təzə halda istifadə üçün tam fizioloji yetişkənliyə çatdıqda yığılır. Başqa yerə göndərmək, həmçinin təzə haldan istehlak üçün məhsul salxımda, ilk gilələrin yetişdiyi ərəfədə yığılır. Yığım zamanı bütöv salxım ovucun içərisinə götürülür və baş barmaqla saplaq aşağı basılmaqla qoparılır. Yığılmış meyvə həcmi 2-3 kq olan səbət və ya qutulara qabqarılır (Şəkil 7.4).