kol bitkiləri - yerüstü hissəsi bir neçə ədəd odunlaşmış gövdədən ibarət və hər bir gövdəsi sərbəst kökə malik olan bitkilərə deyilir - qarağat (Şəkil 1.2) və firəng üzümü (Şəkil 1.3);
Şəkil 1.2. Qarağat kolu
Şəkil 1.3. Firəng üzümü kolu
yarımkol bitkiləri - yerüstü hissəsi bir neçə ədəd yarıodunlaşmış gövdədən ibarət olan bitkilərə deyilir. Bu bitkilərdə gövdənin uc hissəsi uzun müddət boy atdığından odunlaşa bilmir və ot tipli qalır. Həmin hissələr ilk payız şaxtalarının təsirindən məhv olur – moruq (Şəkil 1.4) və böyürtkən (Şəkil 1.5);
Şəkil 1.4. Moruq bitkisi
Şəkil 1.5. Böyürtkən bitkisi
lian (sarmaşan) - sərbəst böyümə imkanına malik olmadığından öz gövdəsi və yaxud bığcıqları ilə müxtəlif dayaq vasitələrinə sarılaraq böyüyən bitkilərə deyilir – kivi (Şəkil 1.6);