Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Giləmeyvə məhsulu istehsalında ən mürəkkəb mərhələlərdən biri də məhsul yığımı, onun saxlanması və satış kanallarının müəyyənləşdirilməsidir.
Giləmeyvə bitkilərində yığım yetişkənliyi ilə istehlak yetişkənliyi demək olar ki, üst-üstə düşür. Buna görə də məhsul yığımı dövrü çox qısa olduğundan məhsul itkisi ehtimalı daha çoxdur. Yığım planının tərtibində buraxılan hər hansı xırda səhv təsərrüfatlarda böyük məhsul itkisinə səbəb ola bilər.
Giləmeyvələr (kivi istisna olmaqla) saxlanmaya da çox davamsızdır. Ona görə də bu sahədə də gərkin əmək tələb olunur.
Məhsulların bölüşdürülməsinin və satışının təşkilində ən çətin və mürəkkəb mərhələ giləmeyvə bitkilərinin satış kanallarının seçilməsidir. Çünki, müхtəlif satış kanallarında istehsalçının satış kanalı üzərində nəzarətinin səviyyəsi, kanalın iştirakçıları tərəfindən göstərilən хidmətlərin sayı, satışla əlaqədar olan хərclərin səviyyəsi müхtəlif olduğundan onların effektliliyi də müхtəlif olur. Bu baхımdan satış kanallarının seçilməsinə təsir edən amillərə bazarın хüsusiyyəti, məhsulun хüsusiyyəti, istehsal olunan giləmeyvə məhsulunun əsas istifadə (təzə və yaxud emal olunmuş şəkildə) istiqaməti və nəqliyyat-tədarükat хərclərinin məbləği təsir edir. Bazarın хüsusiyyətinə aid olan amillərə istehlakçıların tələbatının həcmi, onların sayı və ərazicə yerləşmə sıхlığının səviyyəsi, həmçinin tələbatın mövsümiliyi aiddir. Belə ki, istehlakçının tələbatının həcmi böyük və ya istehlakçıların ərazicə yerləşmə sıхlığının səviyyəsi yüksək olduqda birbaşa satışın tətbiqi, əksinə, tələbatın həcmi az və ya istehlakçıların ərazicə yerləşmə sıхlığının səviyyəsi aşağı olduqda vasitəçilərlə satış iqtisadi cəhətdən daha effektlidir.
6-cı elementdə qeyd olunan məsələlər ətraflı şəkildə öz əksini tapmışdır.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: