Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Tumurcuq güvəsi qırmızı və ağ qarağat kolları üçün ixtisaslaşmış zərərvericidir.
Sual 2. Qarağat bitkisində zoğ fır əmələgətirəninin sürfələri qabığın altına girərək orada böyük koloniya halında məskunlaşırlar.
Sual 3. Boz çürümə virus mənşəli xəstəlikdir.
Sual 4. Firəng üzümündə sferoteka (amerika unlu şeh) xəstəliyinin ilkin əlaməti olaraq yarpaqların alt hissəsində ağ örtük əmələ gəlir.
Sual 5. Kivi bitkisi xəstəlik və zərərvericilərlə güclü sirayətlənir.
Düzgün |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Moruq plantasiyalarının yaxınlığında xəstəliktörədici bakteriayaların toplandığı bitkilərin – ....................................................... və s. əkilməsi tövsiyə olunmur.
Sual 7. Fitoftoroz saralma ilə yoluxan bitkilərdə mərkəzi silindri ..................................... alır, bitkinin inkişafı ləngiyir, yarpaqlar ........................ rəngə çalır və ................................... forma alır.
Sual 8. Unlu şehlə yoluxmuş yarpaqlar ......................................................................... alır.
Sual 9. Eyni zamanda moruq əkinlərinin yaxınlığında ........................................................ bitkilərinin əkilməsi tövsiyə olunur.
Sual 10. Qədəhşəkilli pas xəstəliyinin mənbəyi .............................................. bitkisidir.