2 həftədən sonra tırtıllar əmələ gəlir və yarpaqlarla qidalanmağa başlayır. Onlar yarpaqlarda kifayət qədər böyük deşiklər açır (Şəkil 6.52).
Mübarizə tədbirləri. Qarışçı zərərvericisinə qarşı çiçəkləmədən sonra kollara 7-10 gündən bir “Bitobaksibatsillin” (10 l suya 100 q) və yaxud “Lepidotsid” (10 l suya 50 q) preparatlarından biri ilə 2 dəfə çiləmə aparılır.
Qarağat fır əmələgətirəni. Zərərvericinin 2 növmüxtəlifliyi var: yarpaq və zoğ fır əmələgətirəni. Onların yetkin fərdləri çox xırda olur və ağcaqanada bənzəyir. Yarpaq fır əmələgətirəni cavan yarpaqların şirəsi ilə qidalanır. Nəticədə yarpaqlar deformasiyaya uyğrayır və quruyur. Zoğ fır əmələgətirəninin sürfələri isə qabığın altına girərək orada böyük koloniya halında məskunlaşırlar. Həmin hissələrdə tünd ləkələr və çatlar əmələ gəlir (Şəkil 6.53). Bir müddətdən sonra zoğlar quruyur və qırılır.
Mübarizə tədbirləri. Zərərvericiyə qarşı “Bitobaksibatsillin” (10 l suya 100 q) və yaxud “Lepidotsid” (10 l suya 50 q) preparatlarından biri ilə çiləmə aparılır.
6.1.5. Kivi
Kivi bitkisinin plantasiyalarda demək olar ki, praktiki olaraq zərərvericiləri mövcud deyil.