Mübarizə tədbirləri. Plantasiyada daim pöhrələr kəsilməlidir. Kəsilmiş zoğlar sahədən çıxarılıb atılmaldır. Tumurcuqlar şişdiyi dövrdə kollara “Xlorofos” (10 l suya 30 q preparat) məhlulu ilə çiləmə aparılır.
Kimyəvi mübarziə tədbirlərndən başqa aşağıdakı cədvəldə xalq mübarizə üsulları da verilir (Cədvəl 6.1).
Zərərverici | Məhlul | 10 l su üçün doza | Çiləmələrin sayı |
Moruq-çiyələk uzunburunu |
Dağ tərxununun həlimi | 2 kq | 7-10 gündən bir 3-5 dəfə |
Dəmirovotunun cövhəri | 3 kq | ||
Moruq gövdə milçəyi | Tütün cövhəri | 400 q | 7-10 gündən bir 2-3 dəfə |
Soğan qabığının cövhəri | 200 q | ||
Sarımsaq cövhəri | 500 q | yazda bir dəfə | |
Moruq böcəyi | Dağ tərxununun cövhəri | 350 q | 7-10 gündən bir 3-5 dəfə |
Tütün cövhəri | 400 q | ||
Xardal cövhəri | 200 q | ||
Moruq gövdə fır əmələgətirəni |
Soğan qabığının cövhəri | 400 q | 7-10 gündən bir 3-5 dəfə |
Sarımsaq cövhəri | 500 q | ||
Moruq və hörümçək gənəsi |
Soğan qabığının cövhəri | 400 q | 7-10 gündən bir 3-5 dəfə |
Sarımsaq cövhəri | 500 q | ||
Moruq tumurcuq güvəsi | Acı yovşanın cövhəri | 2 kq | 7-10 gündən bir 3-5 dəfə |
Cədvəl 6.1. Moruq və böyürtkənin zərərvericiləri ilə xalq mübarizə üsulları
6.2.3. Qarağat və firəng üzümü
Qarağat və firəng üzümü bitklərində bir çox xəstəliklərin daşıyıcıları zərərverici həşəratlardır. Bu baxımdan xüsusilə yazda və payızda qarağat və firəng üzümü ziyanvericilərin zərərli təsirindən qorunmalıdır. Aşağıda bu bitkilər üçün geniş yayılmış zərərvericilər və onlarla mübarizə tədbirləri haqqında geniş məlumat verilir.
Tumurcuq güvəsi. Sarımtıl-qəhvəyi rəngli bu kiçik kəpənəklər (qanadlarının kənar nöqtələri arasındakı məsafə 17 mm) qırmızı və ağ qarağat kolları üçün ixtisaslaşmış zərərvericidir. Nadir hallarda qara qarağat və firəng üzümü bitkilərinə hücum çəkirlər. Kolun əsasına yaxın qabıqaltında qışladıqdan sonra tırtıllar açığa çıxır və tumurcuqlarla qidalanmağa başlayırlar (Şəkil 6.44). Çiçəkləmədən sonra tırtıllar kəpənəyə çevrilir və gilələrdə yumurta qoyurlar. Gilələrin daxilində sürfələr inkişaf edir.