Moruqda tumurcuq güvəsi. Güvə əsasən moruq bitkisində tumurcuq və zoğları zədələyir. Tırtıllar kiçik baramalarda gövdə və zoğların əsasına yaxın hissələrdə qabıqaltında qışlayır. Erkən yazda onlar çıxaraq tumurcuqlarla qidalanmağa başlayırlar. Zaman keçdikcə tumurcuqlar quruyur. Tırtıllar zoğlarla qıdalanmağa başlayır (Şəkil 6.43). Moruq bitkisi çiçəklədiyi dövrdə artıq kəpənəklər əmələ gəlir və çiçəklərə yumurta qoyurlar. Moruq bitkisinin tezyetişən sortları daha çox zədələnir. Çünki onların çiçəkləmə dövrü ilə güvələrin kütləvi yumurtaqoyma dövrü üst-üstə düşür.