Çiləmə vegetasiya ərzində iki dəfə aparılır. Yağışlı havada və yaxud yağışdan əvvəl çiləmə aparılması tövsiyə olunmur.
Zərəverici ilə mübarizə tədbiri olaraq “İskra” preparatının xüsusi emulsiyası ilə çiləmə daha yüksək nəticə verir.
“İskra” preparatı həb şəkilində istehsal olunur. Bir həbin çəkisi 1 q olur. Məhlul hazırlamaq üçün 10 l suya bir həb qatılır. Hazırlanmış məhlul təzə halda istifadə edilməlidir. Çiləmə səhər və ya axşam, quru və sakit havada aparılmalıdır. Yağışlı havada çiləmə aparılması səmərəsizdir.
“Konfidirom” preparatı ilə çiləmə aparılması da yaxşı nəticə verir. Preparatın üzərində təlimata uyğun olaraq məhlul hazırlanır və bitkilərə çilənir.
Hörümçək gənəsi. Adətən zoğ və yarpaqları zədələyir. Zərverici əsasən yarpaq şirəsi ilə qidalanır. Bu səbəbdən də yarpaqlar tezliklə deformasiyaya uğrayaraq quruyur (Şəkil 6.39). Dişi fərdlər bir aya yaxın yaşayır. Bu müddətdə 200-ə yaxın yumurta qoyur. Hörümçək gənəsinin inkişafı üçün ideal temperatur həddi +20...+32 0C-dir.
Mübarizə tədbirləri. Qabaqlayıcı tədbir olaraq moruq və böyürtkənin suvarma rejiminə ciddi riayət olunmalıdır. Əgər suvarmardan sonra sahədə buxar əmələ gələrsə hörümçək gənəsi üçün əlverişli şərait yaranır. Ona görə də bitkilər səhər və yaxud da axşam çağı suvarılmalıdır.
Hörümçək gənəsinə qarşı “Fuafanon” preparatından istifadə edilməsi müsbət nəticə verir. Preparat fumiqant və bağırsaq təsirlidir. 14 gün ərzində bitkini müdafiə gücünə malikdir. Digər insektisid preparatlarla birgə istifadə oluna bilər.