Qönçələrin əmələ gəldiyi dövrdə “Fitoverm” preparatından da istifadə edilə bilər. Preparatın təsir gücü 3 həftə çəkir. Eyni zamanda “Fufanon” preparatından da istifadə edilə bilər. Çiləmələr may ayının axırlarında aparılır.
Moruq gövdə milçəyi. May ayının ortalarında, iyun ayının əvəllərində moruq və böyürtkən plantasiyalarında müşahidə olunan kiçik ölçülü və boz rəngli zərərvericidir. Əsas zərəverici milçəyin sürfələridir. Zərərverici öz sürfələrini yarpaq qoltuğuna və yaxud zoğların təpə hissəsinə qoyur. Hər dişi fərd bir yumurta qoyur. Sürfələr isə gövdənin daxilinə doğru hərəkət edir. Bu baxımdan zərərverici daha təhlükəli sayılır (Şəkil 6.38). Moruq çiçəkləyən dövrdə sürfələr gövdədən torpağa keçir, kolun altında torpağın üst qatında puplaşaraq gizlənir. Zərərverici plantasiyanın 80 %-ni məhv etmək iqtidarındadır. Sürfələrin təsirindən gövdə qaralır və tədricən qurumağa başlayır.
Mübraizə tədbirləri. Əsas mübarizə tədbiri yoluxmuş gövdələrin kəsilərək sahədən çıxarılmasıdır. Profilaktik tədbir olaraq payızın sonlarında kollar “Karbofos” preparatı ilə işlənir. Preparat bal arılarına qarşı təhlükəli olduğundan çiçəkləmə fazasında aparılması məsləhət deyil. İşçi məhlul hazırlanan kimi çiləmə aparılmalıdır. Çiləmə zamanı havanın temperaturu +15 0C-dən yuxarı olmamalıdır. Digər preparatlarla qarışığının hazırlanması yolverilməzdir.