Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Bildiyimiz kimi giləmeyvə bitkiləri çox böyük qida və tibbi əhəmiyyətə malik olmaqla onların bir qismi (çiyələk, moruq, qarağat) respublikamızda geniş becərilir. Kivi bitkisi üzrə son illərdə geniş plantasiyalar salınır. Firəng üzümü isə yüksək qida və tibbi əhəmiyyətə malik olmaqla perspektiv bitkilər qrupuna daxildir.
Giləmeyvə bitkilərindən çiyələk (Fragaria), moruq (Rubus idaeus) və böyürtkən (Rubus caesius) Gülçiçəklilər (Rosaceae) fəsiləsinə, qarağat (Ribes) və firəng üzümü (Grossularia) Firəng üzümü (Grossulariaceae), kivi (Actinidia) isə elə öz (Actinidiaceae) fəsiləsinə daxildir.
Giləmeyvə bitkiləri gödək boylu olduqlarından şaxtalı rayonlarda da müvəffəqiyyətlə becərilir. Belə rayonlarda qalın qar örtüyü altında giləmeyvə bitkiləri zədələnmir. Buna səbəb həmin bitkilərin bioekoloji xüsusiyyətləridir. Giləmeyvə bitkilərinin xarici şərait amillərinə münasibətləri eyni olmayıb bitkinin yaşından, ilin fəslindən və fenoloji fazalardan asılı olaraq dəyişir. Giləmeyvə bitkilərinin ətraf mühit amillərinə münasibətini düzgün müəyyənləşdirmədən yüksək məhsul istehsalına nail olmaq mümkün deyil. Çünki giləmeyvə plantasiyalarında bitkilərə normal aqrotexnoloji qulluq edilməsi üçün ilk növbədə onların bioloji xüsusiyyətlərini və ətraf mühit amillərinə tələbini bilmək lazımdır. Beləliklə birinci fəsildə verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malik olmaqla gələcəkdə giləmeyvə məhsulu istehsalının düzgün təşkili üçün əsaslı zəmin yaradır.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: