Həşərat qışda tökülmüş yarpaq qalıqlarında, yaxud da torpaq komalarında qışlayır. Yazda öz yumurtalarını qönçələrin daxilinə qoyur, bununla da çiçək saplaqlarını zədələyirlər. Hər bir dişi fərd bir yumurta qoyur. Lakin eyni vaxtda 50-yə qədər çiçəyi zədələmək gücünə malikdirlər. Müəyyən müddətdən sonra yumurtadan sürfə çıxır, həmin sürfələr daxildən çiçəyi yeyir və orada puplaşır (Şəkil 6.30).
İyun-iyul aylarında yeni nəsil uzunburun böcəklər əmələ gəlir. Həmin böcəklər meyvə lətini və yarpaqları yeyir (Şəkil 6.31). Yenidən qışlamaq üçün torpağa gedir.
Mübarizə tədbirləri. Ən yaxşı mübarizə tədbiri 3 l isti suda həll edilmiş xardal tozu məhlulu ilə çiləmə aparılmasıdır. Çiləmə üçün ağac külü məhlulundan da istifadə edilə bilər. Bu məqsədlə 3 kq ağac külü 10 l qaynamış suya əlavə edilir. Onun üzərinə sürtkəcdən keçirilmiş 40 q təsərrüfat sabunu əlavə edilir və qarışdırılır.