Mübarizə tədbirləri. Konkret mübarizə tədbiri mövcud deyil. Xəstəliyin qarşısını almaq məqsədilə bir sıra profilaktik tədbirlər görülür:
Xloroz. Yarpaqlar saralır, meyvələr xırda və dadsız olur. Cavan pöhrələr xəstəliklə daha tez yoluxur. Payızda zoğlar nazikləşərək qıvrılır. Birtətəfli böyüyən gilələr yetişmədən quruyur.
Mübarizə tədbirləri. Bordo məhlulu, “Fundazol” və “Topaz” preparatları ilə aparılan çiləmələr müsbət nəticə verir.
6.1.3. Qarağat
6.1.3.1. Qarağat növlərinin ümumi xəstəlikləri
Qarağat anraknozu. İlk yoluxma əlamətlərini yayın ortalarında görmək olar. Əsas əlamətlər: yarpaqlarda qırmızı və yaxud qonur rəngli xırda (1 mm-ə qədər) ləkələr əmələ gəlir və ləkələrin mərkəzi hissəsi qabarıq olur; ləkələr tədricən böyüyür və bütün yarpaq səthini örtür; yarpaqlar quruyaraq tökülür (Şəkil 6.18).
Yağışlı havada xəstəliktörədici göbələklər fəallaşaraq bitkilər üçün daha da təhlükəli olur. Göbələyin sporları bitki qalıqlarında qışlayır.