Mübarizə tədbirləri. Əvvəlcə bütün yoluxmuş hissələr yığılıb sahədən kənarda yandırılmalıdır. Sonra sahə seyrəltmə məqsədilə budama aparılmalıdır. Axırıncı məhsul yığımından sonra bütün məhsul vermiş hissələr və cavan zəif zoğlar torpaq səthindən kəsilib atılır. Kol üzərində birillik sağlam zoğlar saxlanılır.
Eyni zamanda xəstəliktöədiciyə qarşı kiyəvi praparatlarla da çiləmələr aparılır. Erkən yazda bitkilər 3 %-li “Bordo məhlulu” ilə işlənir. Bu məhlul göbələyin qışlayan sporlarını məhv edir. Tumurcuqlar açılan dövrdə bitkinin özü və cərgəarası 2 %-li “Nitrafen” məhlulu ilə çilənir. Qönçələmə dövründə və məhsul yığımından dərhal sonra bitkilərə kolloid kükürd suspenziyası (10 l suya 100 q), Bordo məhlulu, “Sineb”, Tiovir Cet”, “Albit” preparatları ilə çiləmələr aparıla bilər. 0,1 %-li “Sumileks” və 0,3-0,4 %-li “Euparen” preparatları ilə çiləmə də yaxşı nəticə verir.
Vertisillez vilt xəsətəliyi. Xəstəliklə yoluxmuş yarpaqlar və meyvələr tutqun rəng alaraq soluxmağa başlayır (Şəkil 6.14). Bitkinin məhsuldarlığı aşağı düşür və tezliklə solub məhv olur.
Mübarizə tədbirləri. Xəstəliklə yoluxmuş hissələr kəsilərək sahədən çıxarılmalıdır. Moruq planatsiyalarının yaxınlığında xəstəliktörədici bakteriayaların toplandığı bitkilərin - kartof, çiyələk, pomidor və s. əkilməsi tövsiyə olunmur. Bu göbələklər torpağın 30 sm dərinliyində 10-14 il yaşaya bilir. Ona görə də növbəli əkin dövriyyəsində moruqla eyni xəstəlik daşıyan pomidor, bibər, badımcan, kartof və çiyələk bitkilərindən sələf kimi istifadəsi yolverilməzdir.