Sonra yarpaqların aşağı hissəsi göbələk sporlarının təsirindən ağ rəngli olur. Külək vasitəsilə onlar sahəyə yayılır. Payızda sporlar rəngini qonur pas rəngdən tünd qonur rəngə qədər dəyişir. Gövdədə və kök boğazında narıncı rəngli sporlardan ibarət qovuqcuqlar (qabarcıqlar) əmələ gəlir. Yüngül təsirdən gövdələr qırılır.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı kimyəvi mübarziə məqsədilə 7 gündən bir 2-4 dəfə “Poliram DF”, 10 gündən bir 6 dəfə “Abiqa-Pik”, 7 gündən bir 5 dəfə Bordo məhlulu və 7 gündən bir 3 dəfə “Kuproksat” preparatları ilə çiləmə aparıla bilər.
Eyni zamanda xəstəliyə qarşı aşağıdakı məhlullarla da çiləmə aparıla bilər:
Boz çürümə (botritis) xəstəliyi. Göbələk mənşəli xəstəlik olub bütün bitkini yoluxdurur. Meyvələrdə boz tükcüklü, göbələk iyi verən örtük əmələ gəlir (Şəkil 6.13). Yarpaqların kənarları bozumtul rənglə örtülür. Yoluxmuş meyvələr yeyilmək üçün əlverişli deyil. Rütubətli və isti havada xəstəlik sürətlə yayılır. Bu xəstəlik səbəbindən məhsuldarlıq iki dəfə azalır.