6.1. Giləmeyvə bitkilərinin xəstəlikləri və mühafizə tədbirləri
6.1.1. Çiyələk
Çiyələk bitkisinin geniş yayılmış xəstəlikləri və onların hər biri ilə mübarizə tədbirləri haqqında aşağıda ətraflı məlumat verilir.
Fuzarioz və fitoftoroz soluxma. İlkin əlaməti yarpaqların kənarlarında nekroz ləkələrin əmələ gəlməsidir. Sonra tədricən yarpaq ayasının və saplağın qonur rəng alaraq məhv olması baş verir. Fitoftoroz saralma ilə yoluxan bitkilərdə mərkəzi silindr qırmızı rəng alır (Şəkil 6.1), bitkinin inkişafı ləngiyir, yarpaqlar boz rəngə çalır və kasaşəkilli forma alır. Tədricən bitkinin saçaqlı kök sistemi məhv olur (Şəkil 6.2).
Vertisillez soluxma. Bu xəstəliklə yoluxan bitkilər yüngül qumsal torpaqlarda 3-4 günə məhv olur. Qumlucalı və gillicəli torpaqlarda isə xəstəlik o qədər də sürətli inkişaf etmir. Xəstəlik xroniki formada olduqda yarpaqların böyüməsi ləngiyir və sayı azalır. Bu xəstəlik səbəbindən yarpaq saplağı qırmızı rəng alır, bitki karlik olmaqla yastı forma alır. İlk növbədə aşağı yastı yarpaqlar, sonra isə bitki tamamilə məhv olur.
Soluxma xəstəlikləri ilə mübarizə tədbirləri. Profilaktik mübarizə tədbirləri:
Unlu şeh xəstəliyi. Bu xəstəliklə bitkinin bütün yerüstü hissəsi sirayətlənir. Unlu şehlə yoluxmuş yarpaqlar qıvrılaraq “qayıqcıq” forması alır. Əgər bitki çiçəkləmə dövründə unlu şehlə yolxarsa onda tozlanma prosesi pozulur, əmələ gələn meyvələr isə eybəcər formada olur, üzəri tükcüklə örtülür, göbələk ətri və dadı verir (Şəkil 6.3).
Əsas mübarizə tədbiri plantasiyalarda çiçəkləməyə qədər və meyvə yığımından sonra mis-sabun emulsiyası ilə çiləmə aparılmasıdır. Bu məqsədlə 10 l suya 20 q mis kuporosu, 20 q təsərrüfat sabunu, 5 q “Topaz” və 20 q “Azotsen” əlavə edilir. Alınmış məhlulla bitkilərə çiləmə aparılır.