Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, soluxma, quruma, müxtəlif ləkələrin, örtüklərin əmələ gəlməsi və başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inkişaf xəstəliyə aid edilir. Digər k/t bitkilərində olduğu kimi giləmeyvə bitkilərində də xəstəliklər qeyri-infeksion və infeksion mənşəli olmaqla iki qrupa bölünür. Bitkilərin normal inkişaf şəraitinin pozulmasından, ətraf mühitin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-infeksion xəstəliklər adlanır. Torpaqda bitkinin qida elementlərinin çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müxtəlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, davamlılığı azalır. Belə bitkilər mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir.
Qeyri-infeksion xəstəliklər dedikdə qida çatışmazlığı və ya artıqlığından yaranan, ətraf mühitin təsirindən baş verən, mexaniki zədələnmələr, pestisidlərin, mineral, üzvi gübrələrin səhv tətbiqi nəticəsində yaranan yanıqlar, xloroz və s., sənaye tullantılarının, radiaktiv çirklənmənin və başqa səbəblərin təsirindən meydana gələn xəstəliklər nəzərdə tutulur.
Giləmeyvə bitkilərində də infeksion xəstəlikləri müxtəlif mikroorqanizmlər - ibtidailər, xromistalar, göbələklər, bakteriyalar, aktinomisetlər, mikoplazmalar və viruslar yaradır. Eyni zamanda zərərverici həşəratlar da bir sıra hallarda bitki xəstəliklərinin daşıyıcısı ola bilər. Təqdim olunan elementdə bütün bu məsələlər öz geniş əksini tapmış, xəstəlik və zərərvericlərlə bağlı mübarizə tədbirləri geniş şəkildə verilmişdir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: