Kivi bitkisinin gübrələnməsi. Gübrələrin verilmə norması kivi bitkisinin yaşından və böyümə gücündən asılı olaraq dəyişir. Cavan plantasiyada orta hesabla 1 m2-ə 25 q sadə, yaxud 10 q ikiqat superfosfat, 22 q ammonium sulfat və yaxud 13 q ammonium nitrat, 8 q kalium gübrəsi verilir. Hər 1 m2-ə bir ovuc hesabı ilə ağac külü verilməsi daha məqsədəuyğundur. Tərkibində xlor olan kalium gübrələrindən və əhəngdən istifadə olunması yolverilməzdir. Sonrakı gübrə normaları və onlara tələbat torpağın və bitkinin analizləri nəticəsində müəyyən edilir.
Kivi bitkisinin suvarılması. Kivi bitkisi quraq və yağıntılar olmayan şəraitdə suvarılır. Bu zaman həftədə bir dəfə bir bitkiyə orta hesabla 10 l su sərfi ilə suvarma aparılır.