Əgər desert tipli məhsul istehsalı (gilələrin böyük ölçüdə olması) nəzərdə tutulursa onda ötən ilki budaqlar da iki tumurcuğa qədər gödəldilir. Lakin daha çox məhsul istehsalı planlaşdırlırsa onda həmin hissələr budanılmır.
Ümumiyyətlə vegetasiya dövründə quru, xəstə və sıxlıq yaradan budaqların hamısı kəsilib sahədən çıxarılır. Əgər kol yaşlanıbsa və az məhsul verirsə onda bir neçə ədəd sağlam cavan zoğlar saxlanılır, bütün yaşlı gövdələr kəsilib atılır.
Gübrələmə. Firəng üzmünün böyüməsində və yüksək məhsul verməsidə mineral və üzvi gübrələrlə qidalanma mühüm rol oynayır. Gübrələrin verilmə vaxtı və dozası haqqında aşağıda məlumat verilir: