Daha yaxşı olar ki, dolomit əhəngdaşından istifadə edilsin. Əgər torpaqda pH 6,5-dən yuxarıdırsa onda oraya kükürd verilir.
Suvarma. Çiyələk bitkisinin əsas kök kütləsi 20-30 sm qatda yerləşdiyindən rütubətə yüksək tələbkardır. Xüsusilə çiçəkləmə vaxtı rütubət çatışmazlığından meyvələrin əmələgəlməsi prosesi pozulur. Bitkilərin üzərində meyvə olan dövrdə rütubət çatışmazlığı baş verərsə gilələr xırdalaşır və məhsul kəskin aşağı düşür. Payızda rütubət çatışmazlığından gələn ilki çiçək tumurcuqlarının əsası qoyula bilmir.
Suvarmanın vaxtı 20-30 sm-lik qatda rütubətin miqdarından asılı olaraq müəyyən edilir. Rütubətin təyini üçün torpaq nümunəsi götürülərkən bitkilərin köklərini zədələməmək üçün adətən burdan istifadə olunur (Şəkil 5.6).
Suvarmanın vaxtını torpaqdan bir qədər götürüb əldə sıxmaqla da bilmək olar. Əgər torpaq əldə dağılıb səpələnirsə suvarma aparmaq lazımdır. Eyni zamanda bilmək lazımdır ki, çiyələk bitkisi torpaqda suyun ifrat dərəcədə olmasına da tab gətirmir.
Orta gillicəli torpaqlarda çiyələk bitkisinin vegetasiya fazaları üzrə optimal rütubətlənmə dərəcəsi aşağıda verilir:
Müasir plantasiyalarda əsasən süni yağışyağdırma (Şəkil 5.7) və damcı (Şəkil 5.8) ilə suvarma üsullarından istifadə olunur.