Müasir çiyələk plantasiyalarında giləmeyvə bitkiləri üçün nəzərdə tutulan suda yaxşı həll olan Master kompleks gübrəsindən geniş istifadə edilir (Şəkil 142). Bu gübrənin tərkibində həmçinin mikrolementlər də var.
Eyni zamanda müasir plantasiyalarda çatışmayan qida elementləri damcı suvarma üsulunda su ilə birgə verilir. Bu üsul iqtisadi cəhətdən daha səmərəlidir.
Əsas gübrələrin verilmə dozası və vaxtı haqqında aşağıda geniş məlumat verilir:
Avqustun ortalarından sentyabrın əvvəllərinə qədər 40 kq/ha hesabı ilə verilir. Azot gübrələrinin yazda və məhsul verən vaxtda verilməsi tövsiyə olunmur. Çünki həmin vaxtda azot gübrəsi verildikdə yarpaqların həddindən artıq böyüməsinə və giləmeyvələrin yumşalmasına səbəb olur. Eyni zamanda gilələrin çürümə xəstəliyinə qarşı həssaslığı artır. Əgər yazda azot çatışmazlığı müşahidə olunarsa onda 15 kq/ha hesabı ilə azot verilə bilər.
Çiyələk bitkisi fosfor çatışmazlığına mütləq reaksiya verir. Torpağın 30 sm-lik üst qatından nümunə götürülüb analiz edilir. Analizlər fosforun torpaqdan ayrılması əsasında aparılır. Əgər başlanğıc material kimi götürülmüş torpaqda vulkanik kül aşkarlanarsa onda fosfor gübrəsi digər qida elementləri ilə kompleks şəkildə verilir.
Yüksək məhsul əmələ gətirmək üçün çiyələk torpaqda müəyyən miqdarda kalium tələb edir. Torpaqda kaliumun miqdarı 30 sm-lik üst qatdan götürülmüş torpaq nümunəsinin analizi nəticəsin təyin edilir. Kalium bitkinin şaxtaya davamlılığın yüksəldir. Kalium cərgənin hər iki tərəfindən bitkidən 8-10 sm məsafədə torpağa 6-8 sm dərinlikdə verilir.
Torpağın 30 sm-lik üst qatından götürülmüş nümunənin analizi nəticəsində kükürd çatışmazlığı müəyyən edilərsə, məhsul yığımından sonra 25 kq/ha hesabı sahəyə kükürd gübrəsi verilir. Kükürd sahəyə ammonium sulfat, gips və yaxud kalium sulfat şəkilində verilə bilər.
Bor çatışmazlığı torpağın 30 sm-lik üst qatından götürülmüş nümunənin analizi nəticəsində təyin olunur. Əgər həm kükürd, həm də bor çatışmazlığı müəyyən olunubsa, onda borlu gips verilməsi daha məqsədəuyğundur. Çünki onun tərkibində həm bor, həm də kükürd var.
Əksər torpaqlarda maqnezium çatışmazlığı müşahidə olunur. Torpaq analizləri nəticəsində nümunədə həllolunan Mg ekstarktının miqdarı 0,25 mekv/100 q-dan az olarsa, onda mütləq maqnezium gübrəsi verilməlidir. Bu zaman sahəyə 570 kq/ha maqnezium sulfat və yaxud maqneziumkalium sulfat verilməlidir.
Eyni zamanda torpaqda turşuluq nizamlanmalıdır. Ümumiyyətlə çiyələk bitkisi 5,0...6,0 arasında turşuluğu normal keçirir. Əgər torpaqda pH 5,0-dən azdırsa onda oraya əhəng verilir.