Bitkinin vəziyyətindən asılı olaraq 5-ci yaş dövründə ya tamamilə gübrə verilmir, yaxud da çiçəkləmə dövründə 200 kq/ha ammonyak şorası, 200 kq/ha superfosfat və 100 kq/ha kalium xlorid verilir. Plantasiyaya yalnız 300-400 kq/ha hesabı ilə nitroammofosk gübrəsi də verilə bilər.
Göstərilən gübrə normaları konkret bölgə şəraitində torpağın kimyəvi analizi və bitkinin vəziyyətindən asılı olaraq dəyişə bilər. Yüksək məhsul əldə etmək üçün hər 100 q torpaqda 7-10 mq asan mənimsənilən azot, 20-25 mq isə mütəhərrik forsfor və kalium olmalıdır.
Çiyələk bitkisinin çiçəkləmə və meyvəbağlama fazalarında yarpaqlarında 2,7-3,2 % azot, 0,55-0,6 % fosfor və 2,5-3,0 % kaliumun olması qida maddələri ilə yüksək təminatdan xəbər verir.
Ümumlikdə əsas yemləmələr aşağıdakı fazalarda aparılır:
Məhsuldarlığın yüksəldilməsində və gilələrin yüksək keyfiyyətə malik olmasında mikroelementlər yüksək rola malikdir. Mikroelementlər maddələr mübadiləsinin sürətlənməsində və bitki tərəfindən torpaqdan qida maddələrinin mənimsənilməsində mühüm rol oynayır. Plantasiyanın ikinci yaş dövründən başlayaraq bitkilərin kökdənkənar yemləndrilməsi daha məqsədəuyğundur. Mineral maddələrin miqdarı torpağın aqrokimyəvi analizi nəticəsində müəyyən edilir. Adətən mikroelementlərlə qidalanma çiçəkləmədən əvvəl və yaxud çiçəkləmə ərəfəsində aparılır (Cədvəl 5.1).
Element | Gübrə | q/10 l su | Xüsusiyyəti |
Azot | Sidik cövhəri | 20–100 | |
Fosfor | Sadə superfosfat | 300 | |
Kalium | Kalium sulfat | 100 | |
Maqnezium | Maqnezium sulfat | 200 | |
Dəmir | Dəmir kuporosu | 50–100 | Yarpaqlara çilənir |
Bor | Bor turşusu | 10–18 | I dəfə - çiçəkləmədən sonra |
Bor | Boraks (borat turşusunun natrium duzu) |
15–25 | II dəfə - meyvələr böyüyüən fazada |
Mis | Mis sulfat Mis kuporosu |
2–5 100 |
Yarpaqlara 2-10 l/m2 yatmış tumurcuqara |
Sink | Sink sulfat | 5–10 | yarpaqlara |
Manqan | Manqan sulfat | 5–10 | yarpaqlara |
Manqan | Kalium permanqanat | 2–3 | yarpaqlara |
Molibden | Molibdat ammonium | 1–3 | yarpaqlara |
Kobalt | Kobalt sulfat | 0,5–1 | yarpaqlara |
Cədvəl 5.1. Kökdənkənar yemləmələr