Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Məlum olduğu kimi yeni salınmış giləmeyvə plantasiyalarında bitkilər itirilmiş köklərin bərpası, normal böyümə və inkişafın təmin edilməsi üçün böyük diqqət və qulluq tələb edir. Ona görə də bitkilər əkildikləri il, cərgəarası torpaq alaq otlarından təmiz, yumaq saxlanmalıdır. Cərgəboyu, yaxud da sahənin başdan-başa müxtəlif materiallardan ibarə mulça altında saxlanılması daha məqsədəuyğundur.
Plantasiyaya yeni əkilmiş giləmeyvə bitkiləri öz ömürlərinə uyğun olaraq uzun müddətli səmərəli fəaliyyət üçün hazırlanmalıdır. 5-ci elementdə bununla bağlı olan cavan və məhsuldar plantasiyalarda bitkilərə ümumi qulluq işləri, alaqlarla mübarizə, bitkilərin budanılması, çiçəklərin tozlanmasının təmin edilməsi, suvarma, gübrələmə ilə bağlı bütün məsələlər hər bir giləmeyvə cinsi üzrə ayrı-ayrılıqda əhatəli şəkildə verilmişdir.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- cavan giləmeyvə plantasiyalarında torpağın saxlanması sistemi və becərilməsi texnologiyası - yumşaltma, mulçalama və s., giləmeyvə cinslərinin hər biri üzrə bitkilərə ümumi qulluq işləri ilə ətraflı tanış olacaqsınız və praktiki vərdişlərə yiyələnəcəksiniz;
-
məhsuldar giləmeyvə plantasiyalarında torpağın saxlanması sistemi və becərilməsi texnologiyası - yumşaltma, mulçalama və s., giləmeyvə cinslərinin hər biri üzrə bitkilərə ümumi qulluq işləri ilə ətraflı tanış olacaqsınız və praktiki vərdişlərə yiyələnəcəksiniz;
- giləmeyvə bitkilərinin cinslər üzrə suvarma norması, suvarma üsulları, suvarmanın vaxtı və sayı haqqında geniş bililər əldə edəcəksiniz;
- giləmeyvə bitkilərinin gübrələnməsi - makroelementlər, mikroelementlər, gübrələrin növləri və forması, mikrogübrələr, gübrələrin verilməsi vaxtı və qaydası (suvarma ilə gübrələmə, kökdənkənar - yarpaq gübrələməsi və s.), gübrələmə norması ilə bağlı ətraflı məlumatlar əldə edəcəksiniz;
- plantasiyalarda alaqlarla mübarizə - giləmeyvə bitkilərinn əsas alaq otları və onlara qarşı əsas mübarizə tədbirləri, herbisidlərin tətbiqi qaydası, vaxtı, norması ilə bağlı məsələləri əhatəli şəkildə öyrənəcəksiniz;
- giləmeyvə bitkilərinin budanması - böyümə və məhsulvermə xüsusiyyəti, boy və məhsuldarlığın nizamlanması, budamanın növləri, budamanın dərəcəsi, vaxtı, qaydası ilə bağlı təcrübi biliklərə yiyələnəcəksiniz və praktiki vərdişlər qazanacaqsınız.