Tinglikdən yeni çıxarılmış tinglərin kök sisteminin zədələnmiş, artıq hissələri iti sekatorla kəsilib atılır və əkin qabağı tingin kök hissəsi təzə peyin və superfosfat qarışığından hazırlanmış horraya batırılır və əkinə qədər müvəqqəti olaraq torpaqlanmış vəziyyətdə saxlanılır.
Əkin qaydası. Meyvə bitkilərinin tingləri əl ilə və ya mexanizmlərlə əkilir. Əl ilə əkin çalada və şırımda aparılır. Çalaya əkin. Çala əl ilə və ya mexanizmlərlə qazılır. Qazılmış çalanın ölçüləri torpağın hazırlanma üsulundan asılıdır (Şəkil 4.15). Plantaj şumu aparılmayan sahələrdə çalanın diametri 100 və dərinliyi 60-70 sm götürülür. Plantaj şumu aparılan sahələrdə isə çalanın eni 40-50 sm, dərinliyi isə 40 sm olur. Ağac əkiləndə çalanın dibinə üst qatın torpağı, üstdən isə gübrələrlə qarışdırılmış alt qatın torpağı verilir. Plantaj olunmuş sahələrdə plantajdan qabaq sahə gübrələndiyindən çalaya gübrə verməyə ehtiyac qalmır
1-üst hissədən çıxarılmış torpaq;
2-alt hissədən çıxarılmış torpaq; 3-calaq yeri; 4-kök boğazı; 5-kəsim yeri; 6-tirə; 7-mulça. Calaqaltı toxmacar olduqda əkin kök boğazına qədər dərinlikdə aparılır. Klon calaqaltılar üzərində calanmış bitkilər isə calaq yerinə qədər basdırıla bilər. Şırıma əkin. Bu əkin üsulunda, sahədə bölgü payalarının yaxınlığından, cərgə boyu çəkilmiş şırımlardan istifadə edilir. Şırım açmazdan qabaq həmin zolağa üzvi və mineral gübrə qarışığı səpilir. Şırıma əkin, çalaya əkindən daha asan olduğundan əkin prosesi sürətlənir, əmək məhsuldarlığı 3-5 dəfəyə qədər artır (Şəkil 4.16). |