Şahmat (üçbucaq) əkin sxemi. Bu üsulda cərgəafraları eyni olur və qonşu cərgələrdə olan ağaclar üçbucaq təşkil edir. Yəni birinci cərgədə olan ağac ikinci cərgədə olan ağacların aralığına, üçüncü cərgədə olan ağacla isə eyni xəttə düşür. Dağ yamaclarında, mailliyi nisbətən az olan sahələrdə, torpağın yuyulmasının qarşısını almaq üçün geniş istifadə edilir (Şəkil 4.13).
Qida sahəsinin təyini və qəbul edilmiş qida sahələri. Bağda ağacların tutduğu torpaq sahəsinə qida sahəsi deyilir. Bu sahə cərgəarası ilə bitkiarasının hasilinə bərabərdir. Cərgəarası məsafə, cərgədə çətirin optimal eni və cərgəarasında maşınların hərəkətinə imkan verən yolun eninə bərabər olur.
Əkin sxemlərindən asılı olaraq bitkilərə verilən qida sahəsi müxtəlif olur. Ucaboylu calaqaltılara calanmış meyvə bitkiləri, vegetativ artırılan gödək boylu calaqaltılara calanmış meyvə bitkilərinə nisbətən daha hündür və geniş çətirli olur. Belə bitkilərə qida sahəsi müvafiq olaraq çox verilir (Çədvəl 4.1).
Cins və sort | Calaqaltının tipi | Cərgə arası məsafə | Bitki arası məsafə |
Gavalı və alça | Alça | 6,0-7,0 | 3,0-4,0 |
Ərik | Ərik | 6,0-8,0 | 4,0-5,0 |
Şaftalı | Şaftalı | 5,0-6,0 | 3,0-4,0 |
Albalı | Albalı, antipka | 6,0-7,0 | 3,0-5,0 |
Gilas | Gilas,antipka | 6,0-8,0 | 4,0-5,0 |
Ümumiyyətlə əkililərin sıxlığından asılı olaraq ağacların, onlara verilən qida sahələrini əhatə etməsi və məhsula düşməsi vaxtı, həmçinin maksimum məhsuldarlığı, ağaclara qulluq və əkililərin məhsuldarlıq dövrü fərqlənir.
Ayrılmış qida sahəsini tam mənimsəmək, sıx əkililərdə ağacların hektarda artan miqdarına uyğun şəkildə tezləşir. Seyrək əkililərdə isə bu, nisbətən uzun vaxt (10-20 il) tələb edir. Sıx əkililərdə ağacların məhsula düşməsi 3-5 yaşından, seyrək əkililərdə 8-10 yaşından, maksimum məhsuldarlıq sıx əkinlərdə 6-8 yaşında baş verir.
Seyrək əkililərdə ağacların budanmasını və gübrələməni 2-4 ildə bir dəfə aparmaq mümkün olduğu halda, sıx əkililərdə budama, xəstəlik və zərərvericilərlə mübarizə, gübrlərin verilməsi hər il və vaxtında aparılmalıdır.
Sıx əkililərin yüksək məhsudarlıq dövrü 15-20 il, seyrək əkililərin məhsuldarlıq dövrü isə 30-40 ildən 60 ilə qədər müddətdə davam edir.
Meyvə bitkilərinin əkin yerinin nişanlanmasi. Əkin yerinin nişanlanması qəbul edilmiş qida sahəsi-nə müvafiq olaraq aparılır. Hər bitki-nin yeri qabaqcadan qarğı və ya taxtadan düzəldil-miş, 40-50 sm uzunluqda payalarla (mıxçalarla) nişanlanır.
Nişanlama, yerin relyefindən asılı olaraq müxtəlif yollarla aparılır (Şəkil 4.14).
Düzən yerlərdə nişanlama. Düzən yerlərdə nişanlama üzərində ağacların yerini, cərgə və bitkiaralarını göstərən nişanları olan ölçü lentləri (kəndir, şpaqat və ya nazik məftil) ilə aparılır.