Torpaq qruntunun 0-150 sm qatında pH 6-8,5; 150-200 sm qatında pH 6-8,7 olması meyvə bitkiləri üçün olduqca əlverişlidir (Şəkil 3.9).
İqlim şəraiti. Hava şəraiti ildən asılı olaraq tez-tez dəyişir. Buna görə də qısa müddətli hava rejimi ilə ərazini qiymətləndirmək olmaz, hava şəraitinin çoxillik rejiminə iqlim deyilir. İqlimin dəyişməsi üçün yüz illərlə, min illərlə vaxt tələb olunur. Odur ki, tingliyin təşkili üçün seçilən ərazinin düzgün qiymətləndirilməsi iqlim şəraitinə əsaslanmalıdır. Ərazi seçərkən iqlim şəraiti haqqında çoxillik məlumatları ədəbiyyat mənbələrindən götürmək və onları dəqiq təhlil etmək lazımdır (Şəkil 3.10).
3.2.2. Sahənin seçilməsində təsərrüfat-təşkilatı şəraitƏrazinin nəqliyyat yollarına, yaşayış məntəqələrinə yaxınlığı. Tinglik təsərrüfatında texnoloji proseslərin ardıcıl, vaxtında və yüksək səviyyədə tətbiqi üçün onu tələb olunan vasitə və materialla müntəzəm təmin etmək, yetişdirilmiş tinglərin xarab olmadan dərhal müəyyən edilmiş təsərrüfatlara bağ salmaq məqsədilə çatdırılmasını asanlaşdırmaq üçün seçilən ərazi su, dəmir və avtomobil yollarına yaxın olmalıdır. Tinglik təsərrüfatı bütün il ərzində çoxlu işçi qüvvəsi tələb edir. Bir sıra mühüm cərrahi əməliyyatların icrası və bitkilərin vegetativ üsulla çoxaldılması üçün isə yüksək ixtisaslı mahir lsənətkarların fəaliyyəti tələb olunur. Bu hal təsərrüfatın işçi qüvvəsi ilə təmin olunması üçün ərazinin yaşayış məntəqələrinə yaxınlığını tələb edir. Tinglik təsərrüfatının perspektivliyini nəzərə alaraq seçiləcək ərazinin genişliyi tələb olunur. Elə ərazi seçmək lazımdır ki, plan əsasında gələcək illərdə tingliyin ayrı-ayrı şöbələrinin genişləndirilməsinə, işçilərin maddirifahının daha da yaxşılaşdırılmasına, yeni binaların inşasına hər cür imkan olsun.
Ərazinin hazırlanması. Tinglikdə texnoloji əməliyyatın rahat tətbiqi üçün sahə təmiz, səthi isə düz olmalıdır. Bu məqsədlə calaqaltı və tingin yetişdirilməsinə başlamazdan çox əvvəl ərazini yararlı hala salmaq lazımdır.