Adi qələmlik ana bağda ağaclar 3-4 m hündürlüyündə saxlanır, çətrin həcmi məhdudlaşdırılır, daxili seyrəldilir. İntensiv tipli qələmlik ana bağda ağacın ştambı kiçik olur, çətrin hər il güclü budanması onun məhdudlaşmasına və ağacın boyunun 2-2,5 m hündürlükdə olmasına səbəb olur. İntensiv tipli qələmlik ana bağda becərilən ağaclardan hər il külli miqdarda çilik tədarük edilir.
Belə intensiv qələmlik ana bağın istismar müddəti 10-12 ildir.
Qələmlik ana bağda əkilmək üçün çəyirdəkli meyvə bitkilərinin tingləri bioloji və fitosanitar keyfiyyətinə görə iki - A və B sinfinə ayrılır. Hər sinfin xüsusiyyətləri aşağıdakılardan ibarətdir. Elit A. «Elit» fransız sözü olub seçilmiş, yaxşı deməkdir. Elit - sort tərkibi təmiz, yüksək keyfiyyətli, sorta (Şəkil 3.4) məxsus olan tipik morfoloji nişanələrə, bioloji xüsusiyyətlərə, dəyərli təsərrüfat göstəricilərinə malik virus, mikoplazma və digər xəstəlik və zərəvericilərdən təmiz, sağlam əkin materialına deyilir. Belə əkin materialını elmi-tədqiqat və kənd təsərrüfatı üzrə təhsil müəssisələrinin nəzdindəki tingliklərdə yaşı on ildən artıq olmayan superelit bitkilərin vegetativ çoxaldılması ilə yetişdirirlər. A qrupuna daxil olan yetişdirilmiş belə elit tinglərlə meyvə tingliyi təsərrüfatlarında qələmlik ana bağlar yaradılır. Elit B. Bu qrupa daxil olan tinglərin A qrupundan fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada ting virus və mikoplazma xəstəliklərindən təmizlənmək üçün təcrid olunmuş şəraitdə sağlamlaşdırıcı əməliyyat keçirmir, onların virus və başqa xəstəliklərdən təmizlik dərəcələri gözəyarı müəyyənləşdirilir. B qrupunun birinci reproduksiya tingləri. Elit B qrupuna daxil olan ağaclardan qələm tədarük edib vegetativ üsulla çoxaltmaqla birinci reproduksiya tinglər Şəkil yetişdirilir və onlardan meyvə bağları salınır (Şəkil 3.5). |
İndikator bitkilər. Meyvə bağlarında xəstəliklərdən təmiz ağaclar gözəyarı seçilir, qələm tədarükü üçün nişanlanır. Belə ağaclardan qələm tədarük edilərək ting yetişdirilir. Yetişdirilmiş belə tinglərlə bağ salınır, onların üzərində 3-5 il ərzində müntəzəm gözəyarı müşahidə aparmaqla xəstə ağacları aşkara çıxarırlar.