Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Səpin tarlasının sahəsi 1,5 ha və səpin norması 60 kq/ha olduqda tələb olunan
toxumun miqdarını tapın:
A) 90 %
B) 75%
C) 95%
D) 60%
Sual 12. Alça toxumunun cücərmə qabiliyyəti 85 % və təmizliyi 98 % olduqda təsərrüfat
yararlılığını tapın:
A) 90 %
B) 83.3 %
C) 85 %
D) 98 %
Sual 13. Çəyirdəkli meyvə bitkilərindən kök pöhrələri ilə ən çox hansı bitkilər çoxaldılır.
A) Göyəm, ərik, şaftalı
B) Ərik, gilas, şaftalı
C) İydə, zoğal, alça
D) Albalı, gavalı, çaytikanı
Sual 14. Körpü calağını nə zaman və nə məqsədə tətbiq edirlər.
A) Cavan ağaclarda qışda gəmiricilər tərəfindən gövdənin zədələnmiş hissəsinin bərpası
B) Ağacın yaxşı inkişafı üçün
C) Xəstəlik və zərərvericilərə qarşı davamlığını artırmaq üçün
D) Bitki tez məhsula düşmək üçün
Sual 15. Toxumların təmizliyi təyin olunan zaman çəyirdəkli meyvə bitki toxumlarında neçə
faizə qədər yad qarışıqların olmasına icazə verilir?
A) 5 %
B) 1 %
C) 2 %
D) 7 %