|
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
Tapşırıq 1. Müxtəlif çəyirdəkli meyvə cinslərdən olan meyvə bitkilərinin toxumları ilə
ayrılıqda tanış olun, qarışdırılmış toxumlardan hər cinsə aid olan toxumları seçin və şəkillərini iş
dəftərinizdə çəkin.
Tapşırıq 2. Toxumların tədarükü, saxlanması prosesini ardıcıl olaraq mənimsəyin və icra
edin.
Tapşırıq 3. Toxumların səpin qabağı cücərməsini təcrübi olaraq müəyyənləşdirin və icra
edin.
Tapşırıq 4. Səpin qabağı toxumları startifikasiya üçün hazırlayın və bir neçə cinsi
stratifikasiya edin.
Tapşırıq 5. Çəyirdəkli meyvə bitkiləri - alça, albalı, ərik bitkilərinin hektara səpin
normasını və səpinə hazırlıq işlərini ardıcıl olaraq qeyd edin.
Tapşırıq 6. Çəyirdəkli meyvə bitkilərinin bir neçəsinin misalında toxmacar calaqaltı
çıxımını hesablayın.
Tapşırıq 7. Klon calaqaltılarla çoxaltma imkanı olan çəyirdəkli meyvə bitkilərinin adlarını
və prosesin aparılma ardıcıllığını iş dəftərinizdə qeyd edin.
Tapşırıq 8. Çəyirdəkli meyvə bitkilərindən basmalarla, kolların bölünməsi və kök pöhrələri
ilə çoxaltma imkanları olan cinsləri araşdırın iş dəftərinizdə sxematik şəkilini çəkin və icra edin.
Tapşırıq 9. Calaq zamanı istifadə olunan alətlərin, avadanlıqların adlarını və istifadə
məqsədini öyrənin.
Tapşırıq 10. Alət və avadanlıqların hissələrini tanıyın, qabaqcadan işə hazırlanması
qaydasını və işçi vəziyyətə gətirilməsi texnikasını öyrənin.
Tapşırıq 11. İş dəftərində göz calağı üsullarını, vurulması vaxtını, qaydasını yazılı
təsvirini verin və sxematik şəkilini çəkin.
Tapşırıq 12. Ayrı-ayrı çəyirdəkli meyvə bitkiləri üzərində göz calağı üsullarını təcrübi
olaraq icra edin.
Tapşırıq 13. Adi qələm calağında calaqaltı və calaqüstündə aparılan kəsimlərin qaydasını
öyrənin və təcrübi olaraq icra edin.
Tapşırıq 14. Çəyirdəkli meyvə bitkilərində diametrləri müxtəlif olan qələm calağı
üsullarını qruplaşdırın, sxematik olaraq şəkilini çəkin və bir neçəsini təcrübi olaraq icra edin.
Tapşırıq 15. Bağ məlhəminin tərkibini, hazırlanması qaydasını dəftərdə qeyd edin və təcrübi
olaraq icra edin.