Şəraitdən asılı olaraq calağın başlanması və qurtarması vaxtı təsərrüfatın təcrübəsi əsasında
müəyyənləşdirilir. Qış calağının vaxtında və yüksək səviyyədə vurulması üçün calaq komponentlərini vaxtında,
düzgün tədarük etmək və calaq üçün hazırlamaq lazımdır.
Şəkil 2.19. Qış qələm calağı
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Azərbaycanda çəyirdəkli meyvə bitkilərinin əkin materialının istehsalı istiqamətində mövcud
problemləri araşdırın və onların həlli yollarını qrup yoldaşınızla birgə müzakirə edin
- Respublikada çəyirdəkli meyvə tingliyi təsərrüfatları haqqında araşdırmalar aparın
- Toxumla çoxaltma üsulunun çəyirdəkli meyvə bitkilərinin artırılmasında müsbət və mənfi cəhətlərini
qeyd edin.
- Respublikamızda çəyirdəkli meyvə bitkiləri üçün geniş tətbiq olunan calaqaltıları araşdırın.