Xırda toxumlu çəyirdəkli meyvə bitkiləri üçün 2%, iri toxumlu bitkilər üçün 1% kənar qarışıq olmasına icazə verilir.
Toxumun cücərmə qabiliyyəti. Təmiz toxumlar içərisində həyat qabiliyyətli toxumların faizlə miqdarıdır. Toxumların həyat qabiliyyəti aşağıdakı üsullarla təyin edilə bilər:
Vizual üsul. Toxumların xarici görünüşünə əsaslanır. Qırıq, eybəcər, qabığı qırışıq, ləpəsi çat, şüşəvari rəngli toxumlar həyat qabiliyyətini itirmiş, yaxşı formalaşmış, dolğun, sığallı, ləpəsi ağ rəngli toxumlar yüksək həyat qabiliyyətinə malik olur.
Mexaniki üsul. Elastikliyini itirmiş, zərbə altında ovxalanan toxum cücərmə qabiliyyətini itirmiş olur. Zərbə altında əzilən və yağlı iz qoyan toxum isə elastik olmaqla həyat qabiliyyətinə malikdir
Fiziki üsul. Toxumun fiziki xüsusiyyətlərinə əsaslanır. Sağlam olmayan toxum suda üzür, yüksək temperaturda közərir. Sağlam toxumlar isə suda batır, yüksək istilikdə partlayır.
Orqanoleptik üsul. Qoxu və dad göstəricilərinə əsasən aparılır. Həyat qabiliyyəti itmiş toxumlar kif iyli, acı dada malik olur. Sağlam toxumlar isə xoş iyli və şirin dadlı olurlar.
Təcrübi cücərtmə. Yığımdan sonra yetişmə dövrünü başa çatdırmış toxumların optimal şəraitdə cücərdilməsidir. Götürülmüş toxumlar termostatda, 100%-li rütubətililik şəraitində saxlanılır, hər gün 2 dəfə isladılır. Toxumların fəaliyyəti beş, yeddi, doqquz və on- birinci gün yoxlanılır. Həyat qabiliyyətli toxumlarda bu dövrdə ya riişeym kökcüyü yaranır və yaxud da toxum ləpələri aralanaraq zoğ başlanğıcı görünür.
Biokimyəvi üsul. Biokimyəvi üsul toxumlarda olan ölü toxumaların kimyəvi məhlula reaksiyasına əsaslanır. Toxumlar (çəyirdəklər (endokarp) qabaqca çıxarılaraq) iki sutka ərzində soyuq suda saxlanılır. Sonra ləpədən qəhvəyi qabıq, toxumun küt tərəfindən başlayaraq, ləpəni zədələmədən iynə ilə soyulur. Təmizlənmiş ləpə 2-3 saat müddətinə, 0,05 % indiqokarmiıı məhluluna salınır. Bundan sonra toxumlar məhluldan çıxarılaraq təmiz suda yuyulur. Sağlam toxumlar açıq-mavi, sağlam olmayan toxumlar isə göy rəngə boyanır.