3 | Adi albalı | 50-100 | 5-10 | 5-9 |
4 | Mahaleb albalısı (antipka) |
80-120 | 8-12 | 11-15 |
5 | Yabanı ərik | 120-170 | 12-17 | 0,8-0,9 |
6 | Ərik sortları | 30-80 | 3-8 | 0,3-0,7 |
7 | Gavalı | 50-100 | 5-10 | 1,2-1,5 |
8 | Alça | 70-100 | 7-10 | 1,5-2,5 |
9 | Göyəm | 100-150 | 10-15 | 1,5-2,5 |
10 | Şaftalı | 30-70 | 3-7 | 0,25-0,35 |
Toxumun tədarük qaydası. Calaqaltının keyfiyyəti toxumun keyfiyyətindən asılıdır. Odur ki, toxum tədarükünə xüsusi diqqət tələb olunur. Toxum bir qayda olaraq zərərvericilərə, xəstəliklərə davamlı, məhsuldar, meyvələri iri, quraq rayonlarda quraqlığa davamlı, şaxtalı rayonlarda şaxtaya davamlı ağaclardan tədarük edilir.. Toxum, yalnız əvvəlcədən seçilmiş ağaclardan tədarük edilməlidir. Zədəli, eybəcər, tam formalaşmayaraq ağacdan tökülən meyvələrdən toxum tədarük etmək olmaz. Yalnız sağlam, növ və sortun nişanələrinə malik meyvələri toxum üçün tədarük etmək olar
Toxumun meyvədən çıxarılması. Şaftalı, ərik, gavalı meyvələri iri olduğundan toxumu meyvədən əllə çıxarırlar. Albalı və gilasın tam yetişmiş meyvələrini xırda hücrəli tor üzərinə sərib əzməklə çəyirdəyi lətdən ayırır, təknəyə süzülmüş şirədən və lətdən məmulat emalı üçün istifadə edilir. Toxumun lətdən ayrılmasını tezləşdirmək üçün meyvələri iri və təmiz çəlləklərə tökərək sürətlə fırlanan qarışdırıcılarla toxumu lətdən ayırırlar. Çəyirdək və ya toxumun çürüməsinin qarşısını almaq üçün onlar meyvə lətindən tam təmizlənməlidir. Yuyulmuş nəmli toxumun çürüməməsi üçün onu dərhal qurutmaq lazımdır.(şəkil qoymaq).
Toxumun qurudulması. Toxum, hiqroskopik xüsusiyyətli olduğundan nəmliyi asanlıqla özünə çəkir.
Aparılan tədqiqatlar nəticəsində toxumların qurudulması çəyirdəkli meyvə bitkilərində +20...+25 °C temperatur tələb olunduğu müəyyən edilmişdir. Çəyirdəkli meyvə bitkilərindən ərik və şaftalının çəyirdəkləri mütləq qurudulmalıdır. Gilas, albalı, gavalı, alça, göyəm və zoğal çəyirdəklərini qurutduqda isə onlar cücərmə qabiliyyətlərini asanlıqla itirirlər. Odur ki, bu bitkilərin çəyirdəklərini yumurlar. Toxum tam quruduqdan sonra onun daxilində nəmlik 10-12 %-dən artıq olmamalıdır (Şəkil 2.3).
Meyvə bitkilərinin toxumları aşağıdakı keyfiyyət göstəricilərinə malik olur:
Toxumların təmizliyi götürülmüş toxum nümunəsində təmiz toxumların faizlə ifadəsidir.