Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Çəyirdəkili meyvə bitkilərinin əkin materialı dedikdə əsasən vegetativ üsullarla (tinglərlə) çoxaldılaraq bağ salmaqda istifadə olunan tinglər nəzərdə tutulur. Meyvə bitkilərini onların bioloji xüsusiyyətindən asılı olaraq müxtəlif üsullarla çoxaldırlar.
Vegetativ çoxaltma dedikdə pöhrə, kolların bölünməsi, basma, çiliklərlə və calaqla çoxaltma nəzərdə tutulur. Təsərrüfatlarda ən geniş və səmərəli üsul olaraq calaqlarla çoxaltmadan istifadə olunur.
Vegetativ çoxaltmaya monogen çoxaltma da deyilir. Mərhələ etibarı ilə yetkin orqanizmdən törədiyindən əsas xüsusiyyətləri aşağıdakılardır.
4. Calaqüstü iləəksərən normal anatomik və fizioloji uyğunluğa malik olur.
Ting - calaqalti və calaqüstü olmaqla iki hissədən ibarətdir. Calaqaltı olaraq həm generativ orqan olan toxumla və həm də vegetativ orqanlardan istifadə olunur. Toxumla artırılan calaqaltılar ucaboylu, uzun ömürlü olmaqla gec məhsula düşür. Vegetativ calaqaltılar isə əksinə alçaq boylu, yığcam çətirli, nisbətən qısa ömürlü olsa da müasir meyvə bağlarında genış tətbiq olunmağa başlanılıb.
Tələbə bu bölmədə vegetativ və generativ çoxaltmanın oxşar və fərqli xüsusiyyətlərini, bunlardan yerli şəraitə uyğun olanların seçilməsini, tətbiqini öyrənməklə düzgün seçim etməyi bacaracaqdır.
Toxmacar calaqaltı əldə etmək üçün toxum tədarükündən başlayaraq onun səpinə qədər və səpindən sonrakı bütün əməliyyatların düzgün aparılmasını öyrənəcəkdir.
Çəyirdəkili meyvə bitkilərinin əkin materialı əldə etməkdə məqsəd, bu sahə ilə məşğul olan təsərrüfatları tinglə təmin etməkdir. Yüksək keyfiyyətli sortları müxtəlif reqionlarda artırmaq üçün bu bitkilərdən sağlam zədəsiz əkin materialı əldə olunmalıdır. Bu biliklərin xüsusiyyətlərini dərindən mənimsəmək üçün bu moduldan səmərəli istifadə etməklə ting istehsalı ilə bağlı müəyyən məsələlərin həllinə nail ola biləcəksiniz.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin vacib rolunu nəzərə alaraq, onun sahəsinin genişləndirilməsi və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatı yaradılması vacibdir.Bu baxımdan hər bölgənin və hətta rayonun öz təbii-tarixi şəraitinə mxsus meyvə bitki cinsləri və sortları olduğundan, həmin şəraitdə də meyvə tingliyi təsərrüfatı yaratmaq lazımdır.
Bu bölmədə öyrənci (tələbə) nələri əldə edəcəkdir: