|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu
işarələyin:
Sual 1. Çəyirdəkli meyvə bitkilərində toxum nazik qabıq içərisində
olur.
Sual 2. İydə, zoğal və çaytikanı gülçiçəklilər fəsiləsinə aiddir.
Sual 3. Çəyirdəkli meyvə bitkilərinə alma, armud, heyva, əzgil aid
deyil.
Sual 4. Şaftalının meyvəsi quru meyvədir.
Sual 5. Çəyirdəkli meyvə bitkilərində çiçək tumurcuğu yarpaq
tumurcuğundan tez açılır.
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Çəyirdəkli meyvə bitkiləri arasında ən tez ...zoğal...bitkisi çiçəkləyir.
Sual 7. Çəyirdəkli meyvə bitkilərinin toxumu ...bərk çəyirdək... içərisində olur.
Sual 8. Ərik, alça, şaftalı, gilas bitkilərinin meyvəsi ...həqiqi... meyvədir.
Sual 9. Çəyirdəkli meyvə bitkiləri gilas, albalı, ərik əvvəlcə ...çiçəkləyir... sonra
yarpaq açılır.
Sual 10. Ərik, Şaftalı, Gilas rütubətə ...orta dərəcədə... tələbat göstərən bitkilərdir.