1.2.5. Antropogen amil
Çəyirdəkli meyvə bitkilərinin böyümə və inkişafında digər amillərlə yanaşı insan amili də böyük rol oynayır. İnsan bitkilərin böyümə və inkişafını idarə etmək məqsədilə bir halda bilavasitə bitkiyə, digər halda isə bitkinin becərildiyi şəraitə təsir edir. Bitkilərin həyat proseslərini normallaşdırıb, onlardan bol və yüksək keyfiyyətli məhsul almaq üçün bitkinin bioloji xüsusiyyətini və torpaq - iqlim şəraitinə münasibətini bilmək tələb olunur (Şəkil 1.33).
Bitkinin yerüstü hissəsinin normal inkişafı üçün kök sistemi sağlam olmalıdır. Bu məqsədə nail olmaq üçün bağ salınacaq sahəyə mineral və üzvi gübrələr verilir, cərgə araları şumlanılır, cərgə aralarına paxlalı ot bitkiləri ilə dən bitkilərinin toxumları qarışıq səpilir. Burada dən bitkiləri torpağın strukturunu yaxşılaşdırır, paxlalı bitkilər isə torpağı azotla zənginləşdirir.
Bundan əlavə meyvə bitkilərinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlər bitkinin bioloji və təsərrüfat texnoloji xüsusiyyətlərinə uyğun tətbiq olunmalıdır.
Sərbəst iş üçün tapşırıqlar
|