Məsələn Gavalı, şaftalı bitkiləri yüksək məhsul ilində hər hektardan 34-85 kq azot, 10-20 kq fosfor, 44-82 kq kalium, 47-130 kq kalsium mənimsəyir.
Torpaqda qeyd olunan əsas qida maddələrinin azlığı və ya olmaması nəticəsində bitki zəif böyüyür, məhsulu az, məhsulun keyfiyyəti isə aşağı olur. Bu halı nəzərə alıb, meyvə bağlarında torpağın təminat dərəcəsi (qradasiya) nəzərə alınmaqla o, vaxtaşırı gübrələnməlidir.
Relyef. Çəyirdəkli meyvə bitkilərinin böyümə və inkişafında sahənin relyefinin əhəmiyyəti böyükdür. Ərazinin relyefinin xüsusiyyətindən asılı olaraq bitkinin həyat prosesləri üçün həyat amilləri bölüşdürülür. Bu və ya digər amil relyefin xarakterindən asılı olaraq bitkiyə bir halda müsbət, digər halda isə mənfi təsir edir. Relyef müxtəlif olduğundan atmosfer çöküntüləri və temperatur səth üzərində bərabər paylanmır (Şəkil 1.31).
Relyefin formasından asılı olaraq temperatur şəraiti xeyli dəyişir. Soyuq hava ağır olduğundan o, adətən sahənin aşağısında, çökəkliklərdə toplanır. Odur ki, belə sahədə əkilmiş ağacın tumurcuqları, zoğları, çiçəkləri, hətta ağacın özü şaxtadan məhv olur. Bu cür sahədə şaxtaya davamsız, habelə yazda tez çiçəkləyən meyvə bitkilərinin əkilməsi tövsiyə edilmir. Aşağı, çökək sahələrə su toplanır, qrunt sularının səviyyəsi qalxır, hava cərəyan edə bilmir. Odur ki, rütubətin artıqlığına davamsız bitkilər belə şəraitdə məhv
Sıldırımlı cənub yamaclar şimal yamaclara nisbətən tez qızır, gec soyuyr. Cənub yamacda torpağın 30 sm dərinliyində onun temperaturu şimal yamaca nisbətən 4-5° yüksək olur.
D.s. hər 100 m qalxdıqca orta illik temperatur təxminən 0,5 °C aşağı düşür. Yamacın cənub cəhətində torpağın və havanın temperaturu adətən şimal cəhətdən yüksək olur. Yamacın cənub-şərq cəhətində isti hava soyuq hava ilə tez vaxtda əvəz olunur. Bu hal çiçək tumurcuqlarının və çiçəklərin şaxtadan zədələnməsinə səbəb olur. Suvarılan şəraitdə cənub cəhət meyvə bitkiləri üçün daha əlverişlidir. İstiyə tələbkar meyvə bitkilərini cənub cəhətlərdə yerləşdirmək yaxşı nəticə verir. Lakin burada temperatur kəskin dəyişdiyindən ağacın gövdəsində günəş yanığının başvermə ehtimalı nəzərə alınmalıdır. Dağlıq və dağətəyi bölgələrdə çəyirdəklimeyvə bitkilərini cənub cəhətlərdə əkmək tövsiyə olunur.
Meyvə bağlarında suvarmanın və aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsi üçün ərazinin səthi düzən və ya 5°-yə qədər maili olmalıdır. Mailliyi 5°-dən artıq olduqda yamaclarda əkin yamacın çəpinə (horizontlarla) aparılır. Maillik 10-25° olduqda belə sahələrdə səkilər (terraslar) düzəldilir.
Yamacların istiqaməti meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafı üçün çox əhəmiyyətlidir.