Çaytikanı - bu bitki şaxtaya olduqca davamlı, yerüstü hissəsi -50 °C -yə qədər şaxtalara davam gətirə bilir. Çiçəkləmə aprel ayının sonları may ayının əvvəllərində müşahidə olunur. İşığa tələbkardır. +18...+20 °C çiçəkləyir (Şəkil 1.24).
İydə - şaxtaya və quraqlığa davamlı işığa tələbkardır. Bu bitki digər çəyirdəkli bitkilərdən fərqli olaraq ildə iki dəfə May və avqust ayında çiçəkləyir. -45...-50 °C şaxtada da belə, yerüstü hissələr zədələnmir.
Meyvə-giləmeyvə bitkilərinin işığa münasibəti onların bioloji xüsusiyyətlərindən asılıdır. Meyvə-giləmeyvə bitkilərinin işığa olan münasibətini nəzərə alıb, onları sahədə düzgün yerləşdirmək lazımdır. Ağacın işıqla təmin olunması yerin relyefindən, səthin mailliyindən, d.s. hündürlüyündən, atmosfer şəraitindən, qida sahəsindən, çətrin sıxlığından və sairədən asılıdır. Cənub yamaclar çox işıqlı olur. Düz yer kələ-kötür yerə nisbətən daha işıqlı olur. Buludlu havada işıq zəif olur. Cərgələrin şimaldan cənuba yönəldilməsi ağacları işıqla yaxşı təmin edir. Sıx və qarışıq çətrə işıq yaxşı düşmədiyindən yarpaq, zoğ, budaqcıqlar və meyvələr pis böyüyür.
Bitki fotosintez prosesi zamanı xlorofillə və piqmentlərlə günəşin elektromaqnit enerjisini udaraq onu kimyəvi enerjiyə çevirir, atmosferdən udulmuş karbon qazı ilə köklərin torpaqdan sorduğu suyu birləşdirərək üzvi birləşmələr əmələ gətirir və atmosferə oksigen ixrac edir.
Çəyirdəkli meyvə bitkiləri ümumilikdə işığa tələbkardırlar, lakin bəzi cinslər biri digərinə nisbətən kölgə şəraitində də becərilir. İşığa tələbinə görə çəyirdəkli meyvə bitkiləri arasında ən az işığa tələbkar zoğal bitkisidir. Bu bitki meşələrdə uca boylu ağacların kölgəsində də asan böyüyüb inkişaf edir.
Hava. Hava meyvə bitkiləri üçün vacib amildir. Onun tərkibində bitkinin normal fizioloji durumu üçün tələb olunan qiymətli maddələr vardır. Quru havanın tərkibində 0,03 % karbon qazı, 5,0-10,0 % hidrogen, 21 % oksigen, 1 % arqon, 78 % azot, 5,24-10,00 % helium, 1,41-10 % kripton, 1,81-10,0 % neon və s. vardır. Hava bitkinin yerüstü hissəsinin böyümə və inkişafında böyük əhəmiyyətə malikdir. Oksigenin iştirakı bitkidə tənəffüs prosesini tənzimləyir. Havadan fərqlənərək torpaqda oksigenin mi qdarı azdır. Üzvi maddələrin sintezi üçün karbon qazının iştirakı vacibdir. O, köklərin tənəffüsü və
torpaqda olan mikroorqanizmlərin fəaliyyəti sayəsində üzvi birləşmələrin parçalanıb minerallaşması prosesində əmələ gələn məhsuldur. Bağı suvararkən havaya qalxmış karbon qazından bitki fotosintez prosesi üçün istifadə edir. Havada karbon qazının həddindən çoxluğu yarpaqda ağızcıqların bağlanmasına, quru maddənin miqdarının azalmasına, çatışmazlığıisəbitkidə fotosintez prosesinin zəifləməsinəsəbəb olur (Şəkil 1.25).
Bitkinin karbon qazına olan ehtiyacını bağa saman, peyin vermək, sideral bitkilərdən istifadə etməklə də qismən ödəmək olur. Bu üzvi gübrə minerallaşaraq havanı karbon qazı ilə zənginləşdirir.