Meyvə-giləmeyvə bitkilərinin rütubətlə təmin olunmasında rayonun illik atmosfer çöküntülərinin miqdarı və onların fəsillər üzrə paylanması böyük əhəmiyyətə malikdir. Meyvəgiləmeyvə bitkilərinin rütubətlə təmini üçün rayonda illik atmosfer çöküntülərinin miqdarının 700-900 mm olması və fəsillər arasında düzgün paylanması kifayət edər. Bu zaman bağlarda süni suvarmanın tətbiqinə ehtiyac qalmır. Lakin yüksək atmosfer çöküntülərinin fəsillər arasında düzgün paylanmaması meyvə-giləmeyvə bitkilərinin rütubətlə təmininə maneçilik törədir. Bu səbəbdən də müəyyən bölgələrdə vegetasiya dövründə suvarma tələb olunur (Şəkil 1.16). |
Süni suvarmanın tətbiqi ilə meyvə-giləmeyvə bitkilərində bütün fızioloji proseslər normal gedir, bitki yüksək keyfiyyətli məhsul verir, şaxtaya, zərərvericilərə və xəstəliklərə daha davamlı olur.
Bitki yaşa dolduqca onun suya tələbatı artır. Cavan, hələ məhsul verməyə başlamamış meyvə bağının hər hektarı bir vegetasiya müddətində 3500 m3 su sərf etdiyi halda, məhsul verməyə başlamış bağ 4800 m3, tam məhsul verən bağ isə 5500 m3 su sərf edir. Meyvəgiləmeyvə bitkilərinin hər hektarında becərilən bitkilərin normal böyüməsi, yüksək və sabit məhsul verməsi üçün vegetasiya dövründə hər hektara veriləcək suyun ümumi miqdarı 6000 - 8000 m3-dən az olmamalıdır. Ümumiyyətlə isə torpaqda mikroorqanizmlərin və fəal köklərin normal fəaliyyətlərini təmin etmək üçün torpaqda rütubət onun aşağı rütubət tutumunun 70 %-dən az olmamalıdır.
Şaftalı - quraqlıq zonalarda suya tələbatı artdığından vegetasiya müddətində bir neçə dəfə suvarılmaqla sortdan, calaqaltının tipindən və yaşından asılı olaraq hektara 3000-3500 m3 su sərfiyyatı tələb olunur. Ağacların vaxtında suvarılmaması bitkinin ümumi inkişafına mənfi təsir göstərməklə növbəti illərin məhsuldalığının və ömrünün qısalmasına səbəb olur. Müəyyən qədər torpağımünbit və illik yağıntıların miqdarı çox olan ərazilərdə illik suvarma norması 2000-2500 m3/ha tələb olunur (Şəkil 1.17).
Damcılarla suvarma tətbiq olunan yerlərdə suvarma norması daha az tələb olunur.