Dəstə meyvə budaqcığı - üzərində çoxlu miqdar (3-12 ədəd) çiçək və az miqdar (1-3 ədəd) vegetativ tumurcuq yerləşmiş qısa (0.5-8 sm) meyvə budaqcığıdır (Şəkil 1.5). Mahmız meyvə budaqcığı - üzərində çiçək və vegetativ tumurcuqlar yerləşən sonu bir ədəd sivri boy tumurcuğu ilə və yaxud (gavalının bəzi sortlarında) tikanla qurtaran meyvə budaqcığıdır. Sona getdikcə bir qədər əyilir (Şəkil 1.6). Digər meyvələrlə müqayisədə tezyetişkənlikəri ilə, az omürlülü olmaları və hər il məhsul vermə qabiliyyətləri ilə fəqrlənirlər. Onlar həmçinin qışa və şaxtaya zəif davamlılıqları ilə, qısa sükünət dövrünə sahib olmaları ilə fərqlənməklə, tez çiçəkləyir və buna görədə sərt iqlimə malik rayonlarda aşağı temperaturun təsirindən əziyyət çəkirlər. Çiçəkləmə yarpaqlamadan əvvəl başlayır. Çəyirdəkli meyvə bitkiləri təbii böyümə xarakterinə görə əksəriyyətlə ağac formalı olsa da bəziləri kol tipli ağac formaya meyllidir. Torpağa münasibətinə görə çəyirdəkli meyvə bitkiləri turş torpaqlarda pis bitməklə meyvə tumurcuqlarının zəif formalaşması və qışa davamlılığı da zəifləyir. |
Digər meyvələrlə müqayisədə tezyetişkənlikəri ilə, az omürlülü olmaları və hər il məhsul vermə qabiliyyətləri ilə fəqrlənirlər. Onlar həmçinin qışa və şaxtaya zəif davamlılıqları ilə, qısa sükünət dövrünə sahib olmaları ilə fərqlənməklə, tez çiçəkləyir və buna görədə sərt iqlimə malik rayonlarda aşağı temperaturun təsirindən əziyyət çəkirlər. Çiçəkləmə yarpaqlamadan əvvəl başlayır.
Torpağa münasibətinə görə çəyirdəkli meyvə bitkiləri turş torpaqlarda pis bitməklə meyvə tumurcuqlarının zəif formalaşması və qışa davamlılığı da zəifləyir.
Tumurcuq. Vegetasiya dövründə zoğ üzərində əmələ gəlmiş yarpağın qoltuğunda yerləşən göz payızadək tam formalaşır. Yarpaq normal böyüyüb payızda töküldükdən sonra onun qoltuğundakı göz tumurcuq adlanır. Beləliklə formalaşmamış tumurcuq göz, formalaşmış göz isə tumurcuq adlanır.
Yeni orqan əmələ gətirmə xarakterinə görə tumurcuqlar iki böyük qrupa ayrılır (Şəkil 1.6):
1. Vegetativ tumurcuqlar;
2. Generativ tumurcuqlar.
Tumurcuqlar morfoloji nişanələri, anatomik quruluşu və daşıdığı vəzifələrə görə birbirindən kəskin fərqlənir.