Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Qeyd edək ki, çəyirdəkli meyvə bitkiləri bir çox meyvə bitkiləri ilə yanaşı azərərbaycanın əlverişli torpaq iqlim şəraitinə uyğunlaşaraq, xalq tərəfindən geniş istifadə olunaraq becərilirlər. Çəyirdəkli meyvə bitkilərinin respublikamızda geniş yayılmasına zəmin yaradan səbəblərdən ən başlıcası yerli şəraitin bioekoloji xüsusiyyətləri və bu bitkilərin yerli şəraitdə asan becərilməsidir. Bioekoloji xüsusiyyətlər dedikdə bitkilərinbir-birinin və ətraf mühit amillərinin təsiri altında qazandıqları bioloji xüsusiyyətləri nəzərdə tutulur. Bildiyimiz kimi hər bir bitki orqanizmi onları əhatə edən xarici şəraitlə birbaşa əlaqədə olurlar və bu amillərin nəticəsində də, bir sıra xüsusiyyətləri qazanıb və ya itirə bilirlər. Çəyirdəkli meyvə bitkilərinin xarici şərait amillərinə tələbatı bitkinin yaşından, ilin fəslindən və fenoloji fazaların gedişatından bilavasitə asılıdır. Yüksək və keyfiyyətli məhsul əldə etmək istəyən hər bir şəxs bitkilərin bir-biri ilə əlaqəsini, xarici mühit amillərinə münasibətini yaxşı bilməklə bitkinin bioloji xüsusiyyətlərinə uyğun düzgün aqrotexniki qulluq həyata keçirməlidir. Bitkilərin bir-birinə və ətraf mühit amillərinə münasibətlərini öyrənmədən yüksək məhsul istehsalına nail olmaq mümkün deyil. Məlumdur ki, bitkinin böyüməsi inkişafı üçünhəlledici əhəmiyyətə malik olan amillər təklikdə yox, bitkiyə kompleks şəkildə təsir göstərir. Bitkiyə bir amilin müsbət təsir etməsi üçün digər amillərində olması və onların qarşılıqlı münasibəti normal olmalıdır. Məsələn, bitkinin torpaqda olan qida maddələrindən istifadə edə bilməsi üçün torpaqda mütləq müəyyən dərəcədə istilik və rütubət olması vacibdir. Bu və ya digər digər amilin çatışmazlığı, yaxud həddən artıq olması bitkinin həyat fəaliyyətində öz mənfi təsirini göstərir, onun böyüməsinə və inkişafına mane olur. Bu fəsildə verilən biliklər bütün bu xoşa gəlməz halların baş verməməsinə - məhsuldarlığı aşağı salan və ya onu ləngidən digər səbəblərin qarşısının alınmasına kömək edəcəkdir.
Bu fəslin sonunda növbəti məsələlər öyrəniləcək: